Pedaqoji Universitet Avrasiya Universitetlər Birliyinə üzv oldu

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İstanbul Aydın Universitetinin (İAU) nümayəndələri ilə görüş keçirilib.   

 

Görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, İAU-nu isə universitetin rektoru və Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti Mustafa Aydın, EURAS üzrə prezidentin müşaviri İrem Arman, EURAS-ın baş direktoru və İAU-nun administratoru Səbinə Hüseynova, EURAS prezidentinin köməkçisi Tuğçe Koçkat, İAU-nun Azərbaycan ofisinin təmsilçisi Ceyhun Qəşəmli və ofisin əməkdaşı Xədicə Karataş təmsil edib.

 

Görüşün əsas məqsədi universitetlər arasında mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsi, bu çərçivədə əməkdaşlıq protokolunun imzalanması və ADPU-nun EURAS-a üzvlüyü məsələsi olub.

 

İstanbul Aydın Universitetinin nümayəndə heyəti ilə görüşün yekununda rektorlar C.Cəfərov və M.Aydın universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum və EURAS-a üzvlüyə dair müqavilə imzalayıblar.

 

 



25.12.2023 | 15:04