"Sağlam ol, çox yaşa" sağlamlıqla bağlı maarifləndirmə layihəsi uğurla davam etdirilir

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan “Sağlam ol, çox yaşa” sağlamlıqla bağlı maarifləndirmə layihəsinin təlimləri davam edir.

 

Sevda Əhmədovanın rəhbərlik etdiyi layihə çərçivəsində təlimlər Bakı şəhəri A.Səfərov adına 114 nömrəli tam orta məktəbində keçirilir. Belə ki, layihənin icra planına uyğun olaraq 100 şagird üçün təlimin keçirilməsi nəzərdə tutulub. Həmçinin təlimdən əvvəl şagirdlərin ilkin biliklərinin yoxlanılması məqsədi ilə sorğu aparılıb.

 

Layihə boyunca, ümumilikdə 12 təlim olmaqla həftədə 3 dəfə həyata keçirilir.

 

Bu il oktyabrın15-dən start götürən və 4 aylıq dövrü əhatə edən layihənin həyata keçirilməsində məqsəd məktəbdə V-VI sinif şagirdlərinin sağlamlıqla bağlı müəyyən olunmuş istiqamətlərdə (göz, fiziki inkişaf, ağız boşluğu infeksiyaları, dəri xəstəlikləri) maarifləndirici görüşlər keçirərək təhsilin keyfiyyətinin yüksəldilməsi üçün sağlam həyat tərzini təbliğ etmək, məktəb şəraitində sağlam mühitin yaradılmasına nail olmaqdır.

 



21.12.2023 | 11:29