Virtual sorğu başa çatdı | |
“Mektebgushesi.az” portalı virtual sorğu vasitəsilə “Hansı kollecin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” nominasiyalı sorğunu artıq başa çatdırıb. Bu sorğunu təşkil etməkdə məqsəd modernləşən təhsil sistemimizin inkişafında həm taktiki, həm də strateji istiqamətləri ön plana çəkmək, yeniləşən dünyada təhsilin ayrı-ayrı pillələrinə, o cümlədən kolleclərə yeni prizmadan yanaşmaq idi.
Bir ay müddətində keçirilmiş bu sorğuda ümumilikdə 8527 respondent iştirak edib. Tanınmış təhsil ekspertlərinin yaxından müşahidə etdiyi sorğu qısa müddətdə səs verən respondentlər arasında ciddi rəqabətə çevrilib. Nəticədə I yeri 4414 səslə (52%) Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci qazanıb.
Bu uğur cəmiyyətdə hələ də müəllim peşəsinə xüsusi sevginin olması, qocaman təhsil müəssisəsində idarəetmənin düzgün qurulması, kollec kollektivinin, xüsusilə pedaqoji heyətin gərgin zəhmətinin bəhrəsi, kollecə sevgi və ümid bəsləyənlərin çox olması ilə bağlıdır.
Şakir CƏFƏROV |
|
23.10.2018 | 11:47 | |
|
|
|