Azərbaycan müəllimlərinin XVI qurultayının ikinci günü

Bu gün Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan müəllimlərinin XVI qurultayının ikinci günüdür. 

 

Əsasən panel sessiyaları ilə işini davam etdirəcək ikinci gündə “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s.” mövzularında müzakirələr aparılacaq.

 

Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil olunur.

 

 



16.12.2023 | 12:13