Təhsil müəssisələrinin maliyyə-mühasibatlıq işçiləri üçün praktiki seminar keçirilib | |
Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi və məktədənkənar təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə növbəti praktiki seminar keçirilib.
Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov açılış nitqi ilə çıxış edərək seminarın əsas məqsədi barədə danışıb. Şöbə müdiri maliyyə-mühasibatlıq işçilərinin müasir dövrdə vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, onların bilik və bacarıqlarının artırılmasının zərurəti, bu baxımdan seminarın əhəmiyyəti, eləcə də dövlət büdcəsində elm və təhsil xərclərinin həcmi, qarşıda duran vəzifələr barədə iştirakçıları məlumatlandırıb, təklif və tövsiyələrini verib.
Daha sonra seminar təqdimat və müzakirələrlə davam etdirilib.
Seminarın sonunda çoxsaylı suallar cavablandırılıb, təklif və tövsiyələr irəli sürülüb.
|
|
14.12.2023 | 18:04 | |
|
|
|