UNEC-in gənc tədqiqatçısı doktorantura üzrə Dövlət Proqramının qalibi olub | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyasının laborant-tədqiqatçısı, biotexnoloq Sona Hacıyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qalibi olub.
Sona Hacıyeva doktorantura layihəsinin təqdimatından yüksək bal (78) toplayaraq, İtaliyanın nüfuzlu Bolonya Universitetinin “Qida elmləri və qida texnologiyaları" ixtisasının doktorantura proqramına qəbul olub. O, Dövlət Proqramı ilə 3 il müddətində doktorantura təhsilini İtaliyanın Bolonya Universitetində davam etdirəcək.
Bu barədə UNEC-dən bildirilib.
|
|
14.12.2023 | 17:00 | |
|
|
|