Xaricdə doktorantura təhsili alacaq namizədlərin siyahısı təsdiq olunub | |
2023-cü il ərzində “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair son sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.
Yekun nəticələrə əsasən, ümumilikdə 32 namizəd Dövlət Proqramına qəbul olub.
Qeyd edək ki, hazırda “2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində 23 ölkənin müvafiq reytinq cədvəlləri üzrə ilk 500-də yer alan ali təhsil müəssisələrində 260 Azərbaycan Respublikası vətəndaşı doktorantura səviyyəsi üzrə təhsil alır. Tələbələr ölkənin siyasi-iqtisadi inkişafı üçün önəmli olan 7 prioritet ixtisas istiqaməti ilə bağlı bilik əldə edirlər.
|
|
14.12.2023 | 11:14 | |
|
|
|