Tələbələrin beynəlxalq olimpiadada uğurları

 Bakı Dövlət Universitetinin  kimya fakültəsinin tələbələri Məhtimqulu adına Türkmən Dövlət Universitetinin təşkilatçılığı ilə Kimya fənni üzrə keçirilən Beynəlxalq Tələbə İnternet Olimpiadasında iştirak ediblər. 20-dən çox ölkədən 350 tələbənin qatıldığı olimpiadada kimya fakültəsinin I kurs magistri Kənan Ağayev I, “Kimya müəllimliyi” ixtisasının IV kurs tələbəsi Cahan İsmayılova II, I kurs tələbələri Dərya Həsənova, Rəvanə Quliyeva, Rəşad Mütəllibov, Məsumə Hüseynova isə III yerə layiq görülüblər.   

 

 



13.12.2023 | 18:24