UNEC-in 6 tələbəsi “Heydər Əliyev adına təqaüd” qazanıb

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 6 tələbəsi “Heydər Əliyev adına təqaüd” qazanıb.

 

Universitetdən bildirilib ki, Prezident təqaüdşüsü olan Pərvanə Ağazadə, eləcə də digər tələbələr - Mehdi Əflaki, Rövşən Məmmədli, Rza Quliyev, Sübhan Əlizadə, Hüseyn Mehdiyev “Heydər Əliyev adına təqaüd” qazanmaqla yanaşı, həm də UNEC-in TOP 15 təqaüdçüləridirlər.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.

 

 



12.12.2023 | 11:13