Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında qazanılan uğur

1 – 10 dekabr tarixlərində Tailandın Banqkok şəhərində keçirilən Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023) məktəblilərimiz uğurla çıxış ediblər.


Olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Kaspi liseyinin X sinif şagirdi İbrahim Valehli, Bakı şəhəri Kimya, biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və Rəsul Ağakişiyev gümüş medal, Bakı şəhəri Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilarə Yaqublu isə bürünc medal əldə ediblər.


Məktəblilərimizi təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq!

 

 



11.12.2023 | 17:34