İsveçdə Nobel mükafatları təqdim olunub | |
Stokholm Filarmoniyasında 2023-cü ilin Nobel mükafatlarının təqdim olunma mərasimi keçirilib. Mərasim hər il olduğu kimi, bu dəfə də 1896-cı il dekabrın 10-da vəfat etmiş Alfred Nobelin anım günündə baş tutub. A.Nobelin vəsiyyətinə uyğun olaraq, Sülh mükafatı Osloda, digər bütün mükafatlar isə Stokholmda təqdim edilib.
Nobel Fondunun İdarə Heyətinin sədri professor Astrid Söderberq Viddinq çıxış edərək bildirib ki, "Alfred Nobel dünyanı bəşəriyyətin xeyrinə dəyişməyə kömək edəcək elmin, ədəbiyyatın və sülh naminə fəaliyyətlərin unikal gücünə inanırdı. Bütün bunlarda beynəlxalq əməkdaşlıq və biliklərə hörmət əsas əhəmiyyət kəsb edir.
O, biliyə, maarifçiliyə və həqiqətə səy göstərməyə inanırdı. Dünyamızın taleyi əvvəlcədən müəyyənləşdirilməyib... Dünyanı hər zamankındən daha yaxın edən rəqəmsallaşma, həm də süni intellekt sayəsində sonsuz imkanlar, risklər - həm elmi, həm də mədəni baxımdan nəzərdən keçirilməlidir.
Sərbəst fundamental tədqiqatlar vasitəsilə elm insan biliklərinin sərhədlərini araşdırır və genişləndirir, tətbiqlər və ixtiralar üçün əsas yaradır və beləliklə, dünyamızda gözlənilməz gələcək hadisələrə hazır olmağı təmin edir".
Stokholmda keçirilən mərasimdə fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və iqtisadiyyat sahələrində laureatlara mükafatlar İsveç Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub. Dünyanın ən nüfuzlu elm xadimləri monarxın əlindən diplomlar və qızıl medallar alıblar.
Fiziologiya və tibb üzrə Nobel mükafatına macar biokimyaçısı Katalin Kariko və amerikalı Dryu Vaysman layiq görülüblər.
Fizika üzrə Nobel mükafatı laureatı Pyer Agostini, Ferenz Krauz və Ann L'Yuille olub.
Kimya üzrə Nobel mükafatı alimlər Mungi Bavendi, Luis Bryus və Aleksey Ekimov arasında kvant nöqtələrinin kəşfi və sintezinə görə bölüşdürülüb.
2023-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına Harvard Universitetindən Klaudio Qoldin layiq görülüb. Öz işində göstərir ki, qadınlar uşaqlara qulluq etmək üçün daha çox vaxt və güc sərf edirlər ki, bu da onların karyerada böyümələrini və müvafiq olaraq gəlirlərinin artmasını çətinləşdirir.
Ədəbiyyat üzrə Nobel mükafatına norveçli nasir, şair və dramaturq Yun Fosse layiq görülüb.
Daha bir mərasim Oslo bələdiyyəsində keçirilib, orada Nobel Sülh mükafatı İran həbsxanasında məhbus olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin ("qadınların əzabına qarşı mübarizəsinə" və həmçinin "hər kəs üçün insan hüquqlarının və azadlığın təbliği uğrunda mübarizəsinə" görə) uşaqlarına təqdim olunub. Onlar analarının nitqini oxuyublar, 17 yaşlı yeniyetmələrin arasında Məhəmmədinin yoxluğunun əlaməti olaraq boş bir stul qoyulub.
Oruc Mustafayev |
|
11.12.2023 | 11:16 | |
|
|
|