“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış”

Dekabrın 11-də ölkəmizdə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

Konfrans Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

 

Tədbirin əsas  məqsədi məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanış olmaqdır.

 

Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”,  “Məktəbəqədər təhsildə effektiv idarəetmə”,  “İcma, ailə və məktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarət olacaq.

 

Beynəlxalq konfrans “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sindən irəli gələn vəzifələri əsas götürür.  

 

Konfrans Təhsil TV vasitəsi ilə Azərbaycan dilində tərcümə ilə canlı yayımlanacaq. 

 



07.12.2023 | 18:05