Elm və təhsil naziri Ağdamda (Quzanlı qəsəbəsi) vətəndaşları qəbul edəcək | |
Elm və təhsil naziri Emin Əmrullayev 22 dekabr tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək. Qəbulda Ağdam, Ağcabədi, Bərdə, Şuşa, Füzuli, Tərtər, Xocalı, Xocavənd sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 14 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
|
|
05.12.2023 | 11:59 | |
|
|
|