Rusiyalı uşaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində

Oktyabrın 19-da Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gələn Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinləri Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində qonaq olublar.  

 

Valideyn himayəsindən məhrum uşaqlar üçün mərkəzdə çoxlu ustad dərsləri təşkil olunub.

 

Məktəblilər rəsm çəkib, elmi laboratoriyada müxtəlif təcrübələrə baxıb, açıqçalar hazırlayıblar. Qonaqlar həmçinin milli rəqs hərəkətləri öyrənib, üç ölçülü model robotlar inşa ediblər.

 

Müxtəlif  dərnəklərdə iştirak edən qonaqlar görüşdən məmnun qalıblar.

 

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

 



19.10.2018 | 17:39