Beynəlxalq Qızıl Xaç Komitəsinin regional əlaqələndiricisi tələbələrə mühazirə oxuyub | |
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ilə görüş keçirilib.
Komitənin Şərqi Avropa üzrə regional əlaqələndiricisi, beynəlxalq humanitar hüquq sahəsində tanınmış xarici ekspert Andrey Kozik tələbələrə “Beynəlxalq humanitar hüququn əsasları” mövzusunda mühazirə deyib. Mühazirədə müasir dövrdə baş verən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn tətbiqi qaydaları, bu zaman yaranan problemlər, innovativ texnologiyalardan istifadə barəsində məlumat verilib.
Görüş zamanı hüquq fakültəsi ilə BQXK arasında əməkdaşlıq əlaqələri və birgə tədbirlərin həyata keçirilməsi, müəllim və tələbələrin dəstəklənməsi məsələləri müzakirə olunub. Tələbələr belə mühazirələrin onların nəzəri bilikləri və praktiki bacarıqlarının artırılmasında xüsusi əhəmiyyət daşıdığını, gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmalarında müstəsna rol oynayacağını qeyd ediblər.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
|
|
27.11.2023 | 14:11 | |
|
|
|