Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq olimpiadada I yeri qazanıb | |
Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasının III kurs tələbəsi Şamil Fərzəlizadə Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universiteti tərəfindən keçirilən II Beynəlxalq kimya olimpiadasında I yeri əldə edib.
Türkmənistanın 19 ali təhsil müəssisəsindən 169 tələbə və 23 xarici ölkənin 57 ali məktəbindən 371 tələbənin iştirak etdiyi olimpiadada yarışlar 2 kateqoriya üzrə keçirilib. BANM-ın tələbəsi olimpiadanın B kateqoriyasında qalib olub.
|
|
27.11.2023 | 11:38 | |
|
|
|