1 843 namizəd test imtahanında iştirak edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə test imtahanı başa çatıb.

 

Üç gün ərzində keçirilən təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə test imtahanlarında iştirak etmək üçün 2 506 namizəd dəvət edilib. Dəvət edilən namizədlərdən 1 843-ü imtahanda iştirak edib.

 

İmtahanlarda namizədlərə 100 ballıq 40 sual (vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) verilib. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.

 

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək. Keçid həddi (ixtisas üzrə minimum 30 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 50 bal müəyyənləşdirilib. 50 və 50 baldan çox toplayan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.

 

 



21.11.2023 | 12:54