Şəhid məzunun xatirəsi anılıb

Bakıdakı 179 nömrəli tam orta məktəbdə  məktəbin şəhid məzunu Nicat Mustafayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, şəhid ailələri üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

        

Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib.  Çıxış edənlər bildiriblər ki, Nicat Vətən müharibəsi zamanı kəşfiyyatçı kimi Xüsusi Təyinatlı dəstələrə seçilib. İlk dəfə döyüşlərə Murov istiqamətindən başlayıb, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.  Ölümündən sonra o, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif  edilib.

           

Məktəbin müəllimləri Nicatın göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər.

                                                                           

Şakir   CƏFƏROV

 



17.11.2023 | 16:22