Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransının açılış mərasimi

Noyabrın 17-də Təhsil İnstitutu (ARTİ) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş doktorantların və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransının (NASCO XXVI) açılış mərasimi keçirilib. 

 

Açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

 

Sonra açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev tədbir iştirakçılarını salamlayaraq onlara uğurlar arzu edib. Rektor universitetin ölkəmizin əhəmiyyətli elm müəssisələrindən biri kimi təhsil və elmi-tədqiqat sahəsində böyük nailiyyətlər qazandığını diqqətə çatdırıb.

 

Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın doktorant və gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Eyni zamanda nazir sözügedən konfransın artıq 26 ildir keçirildiyini və onun təşkilinin vacib tərəflərini qeyd edib. 

 

Emin Əmrullayev çıxışında həmçinin ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının sıx əməkdaşlığı sayəsində gənc alimlərin inkişafına şərait yaradılmasının üstünlüyündən danışıb. Elmin maliyyələşməsinin bu sahənin inkişafı üçün vacib olduğunu vurğulayan elm və təhsil naziri 300-ə qədər gəncin xarici ölkələrdə doktorantura təhsili almaq üçün göndərildiyini bildirib.

Elm və təhsil naziri çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb. 

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxışında konfransın gənclər üçün vacibliyini vurğulayıb. İsa Həbibbəyli elmi prosesə təkan vermək üçün elmin müxtəlif sahələrində fənlərin inteqrasiyasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.  

 

ARTİ-nin direktor səlahiyyətlərini icra edən Elnur Əliyev çıxışında tədbirlə bağlı hesabatı diqqətə çatdırıb. Bildirilib ki, konfransa 24-ü yerli, 7-si xarici ali təhsil, 23-ü elmi-tədqiqat müəssisələrindən olmaqla ümumilikdə 279 elmi məqalə təqdim olunub və onlardan 216-sı qəbul edilib. 

 

Çıxışlardan sonra bədii proqram nümayiş olunub.

 

Daha sonra elmi konfrans panellər və bölmə iclasları ilə davam etdirilib. 

 

Konfrans noyabrın 18-dək öz işini davam etdirəcək.

 

 



17.11.2023 | 16:00