Nazir müavini: “UNEC ən aktiv innovasiya fəaliyyətinə sahib universitetdir”

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Tədbirdə çıxış edən nazir müavini “İnnovasiya və  Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə 2023-2024-cü illər üzrə UNEC tələbə və məzunlarının təsisçisi olduğu 20-dən çox startapın ekosistemə töhfə verdiyini bildirib. Nazirlik rəsmisi UNEC-i ən aktiv innovasiya fəaliyyətinə sahib universitet kimi qiymətləndirib.

 

 

 



17.11.2023 | 10:22