Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda missiyası bitməkdə olan nümayəndəsi Aleks Haykens ilə görüşüb.

 

Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə UNICEF arasında inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi, erkən uşaqlıq dövründə inkişaf, təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi, yeniyetmələrin rəqəmsal bacarıqlarının artırılması və bir sıra digər sahələr üzrə əməkdaşlıqdan məmnunluq ifadə edilib.

 

Emin Əmrullayev fəaliyyəti dövrü ərzində Elm və Təhsil Nazirliyi ilə UNICEF arasında əməkdaşlığın möhkəmləndirilməsindəki xidmətlərinə görə Aleks Haykensə minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.   

 

 



16.11.2023 | 18:56