Vətən müharibəsində döyüşən müəllimlərlə görüş | |
Gədəbəy Rayon Təhsil və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumata görə, tədbirdə çıxış edənlər Azərbaycan müəlliminin qarşısında duran ən mühüm vəzifələrdən birinin gənc nəsli vətənpərvərlik ruhunda yetişdirməkdən ibarət olduğunu bildiriblər. Qeyd olunub ki, onlar qalib ordunun təmsilçisi kimi şagirdlərinin təkcə müəllimi yox, həm də canlı qəhrəmanlarıdırlar. Müəllimlər müharibə zamanı keçdikləri döyüş yolundan da danışıb, Azərbaycanın müdafiə potensialının formalaşması və hazırlıqlı gənclərin yetişdirilməsi baxımından müəllimlərin də qarşısında müəyyən vəzifələrin durduğunu vurğulayıblar.
Şakir CƏFƏROV
|
|
16.11.2023 | 14:40 | |
|
|
|