ABŞ-da təhsil alan azərbaycanlıların sayı artıb

2022-2023-cü tədris ili ərzində ABŞ-da təhsil alan azərbaycanlıların sayı 901 nəfərə çatıb.

 

ABŞ-ın ölkəmizdəki səfirliyindən bildirilib ki, bu, əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.

 

Səfirliyin müvəqqəti işlər vəkili Huqo Gevaranın sözlərinə görə, azərbaycanlı tələbələrin sayının çoxalması innovasiya, əməkdaşlıq və birlikdə uğur qazanmaq imkanlarının əhəmiyyətli dərəcədə artması deməkdir.

 

Qeyd edək ki, ABŞ beynəlxalq təhsilə qlobal miqyasda ən çox üstünlük verilən ölkələrdən biridir. Ölkədə bir milyondan çox xarici tələbə təhsil alır. Xarici tələbələrin sayının çox olması diplomatiya, innovasiya, iqtisadi rifah və milli təhlükəsizlik üçün önəmli amillərdən hesab olunur.

 

 

AZƏRTAC

 

 



14.11.2023 | 09:30