İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

 

Müsahibələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 96 namizəd dəvət olunub. Müsahibələrdə ümumilikdə 91 nəfər iştirak edib.

 

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilib. Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar əsasında qiymətləndirilib.

 

 



13.11.2023 | 12:07