Zəfər Günü ilə bağlı birgə konfrans

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin nəticəsidir” və “Ata vəsiyyəti və inamlı Zəfər” mövzularında konfrans keçirilib.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin Lənkəran Dövlət Universiteti (LDU) ilə birgə təşkil etdiyi konfransda rayon ictimaiyyətinin nümayəndələri, LDU-nun professor-müəllim-tələbə heyəti iştirak edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfrans iştirakçılarını 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik edib, qazanılan böyük qələbəni Azərbaycanın son iki əsrlik tarixinin ən şanlı, qürurverici  səhifəsi adlandırıb, həmçinin Ali Baş Komandan İlham Əliyevin uğurlu və müdrik siyasətinin nəticəsi kimi dəyərləndirib. Bildirib ki, 8 noyabr tarixi xalqımızın və ordumuzun Ali Baş Komandanın ətrafında sıx birləşərək Qarabağ münaqişəsinə, illərdən bəri yaşadığımız haqsızlığa “Dəmir Yumruq”la son qoyduğu gündür.

 

İcra başçısı Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın geri qaytarılması uğrunda apardığı çox istiqamətli fəaliyyətindən də ətraflı bəhs edib. Bildirib ki, artıq Heydər Əliyevin Qarabağla bağlı arzuları reallışıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bütün bunlar Prezident İlham Əliyevin güclü liderliyi sayəsində baş verib.   

 

Konfransda LDU-nun tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Kamal Mahmudov “Zəfər Günü Heydər Əliyev siyasətinin təntənəsidir”, həmin kafedranın dosentləri Emin Məlikov “Heydər Əliyevin neft strategiyasından başlanan Zəfər yolu”, Mayis Cəfərov “44 günlük Zəfər yolu”, Çay fabriki qəsəbə orta tam orta məktəbinin direktoru Sadiq Quliyev “Ata vəsiyyəti və inamlı Zəfər” mövzularında məruzə ilə çıxış ediblər. Məruzə və çıxışlarda 8 noyabr təkcə hərbi        Zəfər deyil, həm də Azərbaycanın siyasi və hüquqi müstəvidə qazandığı Zəfər kimi, eyni zamanda bütün Türk dünyasının Zəfər Günü kimi dəyərləndirilib.

 



07.11.2023 | 17:50