Polimer Materialları İnstitutunda ”Zəfər Günü” | |
Polimer Materialları İnstitutunda Zəfər Gününə həsr olunan iclas keçirilib. İclası institutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından, 44 gün sürən Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, 30 ildən artıq səbr edən və qısa müddətdə səfərbər olan Azərbaycan xalqının “Dəmir yumruq” kimi birləşməsindən bəhs edib.
Sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova Zəfər Gününə həsr olunan təqdimatla çıxış edib.
Daha sonra institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev, institutun elmi katibi kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva, Təhsil şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Almaz Çələbiyeva və başqaları çıxış edərək Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlərin Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli və qüdrətli liderliyinin bariz nümunəsi olduğunu bildiriblər.
Sonda institutun direktoru Vətən müharibəsi iştirakçıları – Təchizat və xidmət şöbəsinin iş icraçısı Şəmsəddin Hüseynov, mühəndis Vaqif İbrahimovun timsalında bütün qazilərə cansağlığı, institutun əməkdaşı Təchizat və xidmət şöbəsinin çilingəri Gülоğlаn Murаdоvun oğlu Bəxtiyar Muradovun timsalında bütün şəhidlərə Allahdan rəhmət diləyib. |
|
07.11.2023 | 17:28 | |
|
|
|