LMQS layihəsi üzrə qarşıda duran məsələlər müzakirə olunub | |
Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında bakalavr və magistr hazırlığı” (LMQS) layihəsinin Avropadan olan eksperti Jean Noel Pachoud AzTU-ya səfər edib.
Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb, layihənin icrası müddəti, görülmüş işlər barədə məlumat verib. Həmçinin “Səhiyyədə keyfiyyətin və risklərin idarə olunması” yeni magistr proqramının Avropada və layihənin benefisiar ölkələrində aktuallığından bəhs edib.
Jean Noel Pachoud layihənin işçi heyəti ilə də görüşərək layihə çərçivəsində AzTU-da görülmüş işlərlə tanış olub, qarşıda duran məsələləri müzakirə edib.
Səfər çərçivəsində qonaq layihə üzrə yeni yaradılan Ustadlıq və Təlim Mərkəzi ilə də tanış olub.
|
|
06.11.2023 | 12:07 | |
|
|
|