ADPU tələbəsi Türk dünyası gənclərinin dostluq görüşündə Azərbaycanı təmsil edib | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi “Türkiyə yüzili” proqramı çərçivəsində Türk dünyasından olan gənclərin dostluq görüşündə iştirak edib. ADPU-nun SABAH qruplarının “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi, “Bir Könüllü” Təşkilatının sədr müavini - İnzibati məsələlər üzrə menecer, ADPU Təhsil Könüllüləri Tələbə Birliyinin sədri Nərgiz Quluzadə türk dövlətlərindən olan gənclər arasında Azərbaycanı təmsil edən 4 tələbədən biri olub.
ADPU, BANM, UNEC və ADA universitetləri tələbələrinin iştirak etdiyi tədbirdə tələbələr İstanbul və Ankara şəhərlərində həyata keçirilən proqramlarda iştirak ediblər.
Proqram çərçivəsində Türkiyənin gənclik və idman nazirinin köməkçisi Safa Koçoğlu ilə görüşən N.Quluzadə öz fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib, eləcə də Azərbaycan gəncləri adından nazirliyin “Gənclik” radiosuna öz təəssüratlarını bölüşərək Türkiyə Respublikasının 100 illiyi münasibətilə bütün türk xalqını təbrik edib.
|
|
03.11.2023 | 16:11 | |
|
|
|