8 600-dən çox təhsilverən rəqəmsal savadlılığın artırılması təlimlərinə cəlb olunub

Cari ildə 8 600-dən çox təhsilverən rəqəmsal savadlılığın artırılması istiqamətində təlimlərdə iştirak edib.  Təlimlər ölkənin müxtəlif bölgələri üzrə təşkil olunub. 

 

Bununla yanaşı, ümumi təhsil müəssisələrinin təhsilverənləri üçün “Microsoft” sertifikatlı pedaqoq” adlı beynəlxalq sertifikatlaşdırmaya hazırlıq təlimlərində 1 307 müəllim iştirak edib. Sözügedən sertifikatlaşdırma pedaqoji işçilərin texnoloji savadlılığını qiymətləndirmək, müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsilə tətbiqini öyrənmək məqsədi daşıyan beynəlxalq proqramdır. 

 

Elektron resursların hazırlanması və istifadəsi bacarıqları üzrə təlimlərdə isə 1 418, informatika müəllimləri üçün “Python” proqramlaşdırma təlimlərində 355 təhsilverən bilik və bacarıqlarını inkişaf etdiriblər. Ölkə üzrə 4 500-dən artıq inzibati və pedaqoji heyət üçün isə elektron qiymətləndirmə üzrə təlimlər təşkil olunub. 

 

Qeyd edək ki, hər il keçirilən təlimlərin məqsədi müəllimlərin İKT üzrə bilik, bacarıqlarını təkmilləşdirmək və daha səmərəli istifadə imkanlarını artırmaqdır. Təlim proqramına şagirdlərdə internet resurslarından düzgün istifadə vərdişlərinin formalaşdırılması da daxildir.

 

 



02.11.2023 | 15:29