Təhsil İdarəsinə 18 963 müraciət daxil olub | |
Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 963 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 11 724 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 543 müraciət daxil olub.
BŞTİ-yə 2 895 sənəd (vətəndaşlar tərəfindən 1 031 ərizə, Elm və Təhsil Nazirliyindən 466, digər qurumlardan 250, tabelikdə olan təhsil müəssisələrindən 872 məktub və 276 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 801 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.
|
|
02.11.2023 | 10:30 | |
|
|
|