Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib | |
Oktyabrın 31-də ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş Elm və Təhsil Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib.
Elm və təhsil naziri Emin Əmrullayev təltif olunmuş əməkdaşları təbrik edib və onlara uğurlar arzulayıb.
Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyər üçün minnətdarlıqlarını bildiriblər.
Daha sonra təltiflər təqdim olunub.
Qeyd edək ki, müvafiq sərəncama əsasən, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Hüquq şöbəsinin müdir müavini Aynur Atayeva, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin Statistika sektorunun baş məsləhətçisi Mirbaba Babayev "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.
|
|
01.11.2023 | 16:54 | |
|
|
|