Rektor Qarabağda UNEC-in filialının yaradılmasını təklif edir | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov maraqlı təkliflə çıxış edib. Universitet rəhbəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təkcə Azərbaycan tarixində deyil, bütün Türk Dünyası tarixində böyük Zəfərə imza atıldığını, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın 30 illik Ermənistan işğalından azad edildiyini vurğulayaraq, UNEC-in Qarabağda filialının açılması təklifini irəli sürüb. Rektor bildirib ki, ali məktəb işğaldan azad olunmuş ərazilərin cənnətə çevrilməsinin reallaşdırılmasına və Qarabağın bərpasına töhfə vermək istəyir. “Hazırda UNEC-in Zaqatalada, eyni zamanda Rusiya Federasiyasının Dərbənd şəhərində filialları fəaliyyət göstərir. Filialların yaradılması və idarəedilməsi ilə bağlı UNEC-in zəngin təcrübəsi və uğurlu təhsil modeli var. Bu təcrübəni nəzərə alaraq, UNEC Qarabağda filialının yaradılması istiqamətində zəruri tədbirləri həyata keçirməyə hazırdır”-deyə Ə.Muradov vurğulayıb.
|
|
01.11.2023 | 17:03 | |
|
|
|