Nazir: Növbəti üç ildə azı 3 universitetin TOP 800-ə düşəcəyini proqnozlaşdırırıq

Əvvəlki 10 illə müqayisədə ali təhsil müəssisələri indi daha yaxşı mövqedədirlər. Azərbaycan universitetlərinin Top 500-də olması arzuolunandır.

 

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.

 

Nazir bildirib ki, bunun arxasında tədqiqatlar, özəl sektorla əməkdaşlıq dayanır: “Bu, birdən-birə olmur. Çünki 5 illik nəticələrə baxılır. Növbəti 3 ildə real olaraq ən azı 3 universitetin TOP 800-ə düşəcəyini proqnozlaşdırırıq. Dünyada 30 min universitet arasında ilk minliyə düşmək böyük uğurdur”.

 

 



01.11.2023 | 12:11