Üç qrant layihənin təqdimatı keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində icra olunan 3 layihənin təqdimat mərasimi keçirilib.

 

Fərdi kateqoriya üzrə qalib gələn Məktəb-Lisey Kompleksinin (MLK) direktor müavinləri Gülər Rəsulova, Gülşən Vahidova, Fərqanə Əliyeva tərəfindən həyata keçirilən layihələrin təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdirləri Günay Qurbanova, Fuad Babayev, məktəb direktorları, təhsil işçiləri, hər üç layihədən yararlanacaq şagird və valideynlər iştirak ediblər.

 

Tədbirdə MLK-nın direktoru Esmira Quliyeva təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin əhəmiyyəti haqqında danışıb.

 

Sonra “Koobits-Riyaziyyatın təcrübə ilə öyrənmək vasitəsi!”, “Duolingo-xarici dilləri öyrənmənin asan və effektiv üsulu”, “Rosseta Stone ilə ingilis dilini səmərəli və əyləncəli şəkildə öyrənək” layihələri barədə qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, layihələrin paralel şəkildə tətbiq olunması şagirdlərin təlim nəticələri və akademik göstəricilərində müsbət dinamikaya səbəb olacaq.

 

 



31.10.2023 | 13:08