“QS Quacquarelli Symonds” agentliyinin əməkdaşları ilə görüş

Bakı Mühəndislik Universitetinin (BMU) rəhbər heyəti ilə Böyük Britaniyanın “QS Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.

 

Görüş beynəlxalq reytinqlərdə BMU-nun daha yüksək pillələrə qaldırılması və qlobal mühitdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin, eyni zamanda  növbəti mərhələlərin müzakirəsi məqsədi daşıyıb.

 

BMU-nun rektoru Yaqub Priyev hazırda universitetin növbəti ildə reytinqdə daha da irəliləməsi üçün aparılan işlər, o cümlədən bu sahədə ali təhsil ocağının fəaliyyət planı haqda danışıb. Rektor agentliklə birgə aparılan müzakirələrin faydalı olacağına və ümumi işə töhfə verəcəyinə inandığını vurğulayıb.

 

Sonra  “QS Quacquarelli Symonds” əməkdaşları-agentliyin baş məsləhətçisi Veronika Omeni, konsaltinq layihələri üzrə koordinatoru Dara Bukhtoyarova, konsultantları Habib Fardoun və Nilly Castano  təqdimatlarla çıxış ediblər. BMU-nun reytinq səviyyəsinin yüksəldilməsi məqsədilə apardığı ümumi işlər və strateji yanaşmada, eləcə də elmi fəaliyyət, nəşrlərdə istinad və sitatlarda müsbət tendensiyanın müşahidə olunduğunu deyən beynəlxalq ekspertlər, bununla yanaşı, ali təhsil ocağının mövqeyinin yaxşılaşdırılması üçün vacib olan əsas məqamları diqqətə çatdırıblar.

 

Agentliyin əməkdaşlarının təqdimatlarında universitet reytinqinin müəyyənləşdirilməsində beynəlxalq əlaqələrin genişləndirilməsinin vacibliyi, elmi-tədqiqat platforması, ən güclü həmkarların tədqiqat nəticələri, mövzuya görə sitat və istinadlar üzrə baxış sayı, 2025-ci reytinq dövrü üçün əsas tarixlər və s. kimi məsələlər vurğulanıb.

 

BMU-nun fəaliyyət planı üzrə istiqamətərin bir daha nəzərdən keçiriləcəyini və diqqətə çatdırılan başlıca məqamların araşdırılacağını, nəticədə irəliləyişlərin əldə olunacağına ümid etdiyini deyən rektor Y.Piriyev faydalı müzakirələr, həmçinin səsləndirilən tövsiyə və fikirlərə görə “QS Quacquarelli Symonds” komandasına təşəkkürünü ifadə edib.

 



30.10.2023 | 17:46