Müstəqillik günü SDU-da elmi-praktik konfransla qeyd olunub | |
Sumqayıt Dövlət Universitetində 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açaraq əlamətdar tarixi hadisə-dövlət müstəqilliyini bərpa etməsinin 27-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bayramın yaranma tarixindən, xalqın müstəqillik uğrunda gərgin mübarizəsindən danışıb. Bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməklə xalqımızın uzun illər yaşatdığı istiqlal ideyasını reallaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin təməlləri üzərində 1991-ci ildə yenidən müstəqil Azərbaycan dövləti yarandı.
Konfransda “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının dosentləri Bəhram Məmmədli “Azərbaycan Respublikasını dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyin bərpası”, Elmar Xəlilov “AXC –Müsavat hakimiyyəti və Azərbaycan torpaqlarının işğalı”, həmin kafedranın müdiri, professor Şirxan Səlimov “Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğu məsələləri”, “Fəlsəfə, sosiologiya və politologiya” kafedrasının dosenti Əminə Həsənova “2003-2018-ci illər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində yeni mərhələdir”,həmin kafedranın müəllimi Günel Adıgözəlova “Müstəqil Azərbaycan Respublikasında elmin, təhsilin və mədəniyyətin inkişafı” mövzularında məruzələr ediblər. Natiqlər 27 il əvvəl Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyytəindən, həmçinin müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün istiqamətlərində, o cümlədən elm sahəsində qazanılan uğurlardan bəhs ediblər. |
|
18.10.2018 | 12:43 | |
|
|
|