Çağırışaqədərki hazırlıq rəhbərlərinin müsahibəsi başa çatıb

Çağırışaqədərki hazırlıq (ÇH) rəhbəri vəzifəsinə işə qəbul müsabiqəsinin test mərhələsində müvəffəqiyyət qazanmış və ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün keçirilən müsahibə başa çatıb.

 

23-26 oktyabr tarixlərində keçirilən müsahibədə iştirak etmək üçün 139 namizəd dəvət edilib, onlardan 91 nəfəri müsahibədə iştirak edib.

 

Müsahibə zamanı namizədlərin vəzifə üzrə praktik bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb.

 

Müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

 

Müsahibənin əsas məqsədi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin yüksək səviyyəli kadrlarla təmin edilməsinə nail olmaqdan ibarətdir.

 

Qeyd edək ki, 08.05.2018-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, təhsil müəssisələrində vakant olan ÇH rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla, təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

 



27.10.2023 | 13:00