Beynəlxalq Olimpiya Gününə həsr olunmuş tədbir keçirilib | |
Oktyabrın 26-da Respublika Olimpiya Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 1996-cı ildən hər il Beynəlxalq Olimpiya Gününün qeyd olunduğunu bildirib, ölkəmizdə idmanın yüksəliş dövründən, idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr əldə etməsindən danışıb.
Rəsmi çıxışlardan sonra 200 nəfərdən artıq müəllim və şagirdin iştirakı ilə əyləncəli idman yarışı təşkil olunub, qaliblərə mükafatlar təqdim edilib. Sonda xatirə fotosu çəkdirilib.
|
|
27.10.2023 | 11:45 | |
|
|
|