UTECA Macarıstanın Sopron Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Texnologiya Universiteti (UTECA) ilə Macarıstanın Sopron Universiteti arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

 

Bu münasibətlə hər iki universitet arasında onlayn görüş keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov çıxış edib. Macarıstan və Azərbaycan arasındakı mövcud strateji tərəfdaşlıqdan bəhs edərək bildirib ki, UTECA bu səbəblə Macarıstan universitetləri ilə əməkdaşlığa xüsusi önəm verir. Y.Ömərov bu əməkdaşlığın yeni imkanlar açdığını, universitetin potensialının gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

 

Sopron Universitetinin rektoru professor Atilla Fabian rəhbərlik etdiyi ali təhsil ocağının da bu əməkdaşlıqda maraqlı olduğunu və gələcəkdə uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

 

Görüş hər iki universitet haqqında hazırlanmış qısa təqdimatlarla davam edib.

 

Sonda hər iki universitet arasında Anlaşma memorandumu imzalanıb.

 

Sənəddə UTECA ilə Sopron Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək və elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.

 

 

 



18.10.2023 | 17:16