Alman Akademik Mübadilə Xidməti tələbələr üçün məlumatlandırma tədbiri keçirib

Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün məlumatlandırma tədbiri keçirib.

 

Görüşdə DAAD-ın Tbilisidəki regional ofisinin rəhbəri Gebhard Reul və regional ofisin Azərbaycan üzrə koordinatoru Sevər Qarayeva tələbələrə Almaniyada təhsil və tədqiqat imkanları barədə ətraflı məlumat verib.

 

Görüş iştirakçıları DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar. Bildirilib ki, 1950-ci ildə yaradılan DAAD təqaüdlərini indiyədək 1 milyondan çox insan qazanıb və təhsilini Almaniyada davam etdirib. Azərbaycan Almaniyada DAAD təqaüdləri ilə təhsil almaq sayına görə dünyada ikinci yerdədir. 

 

Daha sonra qonaqlar BDU tələbələrinin suallarını cavablandırıblar.

 

 



17.10.2023 | 11:32