Ankara Sosial Elmlər Universiteti ilə memorandum və ERASMUS+ KA1 müqaviləsi imzalanıb | |
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ankara Sosial Elmlər Universitetinin rektoru ilə görüş keçirilib.
Görüşdə ADPU-nu rektor professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, şöbənin mütəxəssisi Rufanə Əhmədova, Ankara Sosial Elmlər Universitetini isə rektor professor Musa Kazım Arıcan, Xüsusi Katibliyin müdiri Serdar Çalımlı təmsil ediblər. Görüşdə, həmçinin TÜRKSOY-un Muzeylər İttifaqının baş koordinatoru Cavid Mövsümlü də iştirak edib.
Görüşün məqsədi tanışlıq və nəzakət ziyarəti, mümkün əməkdaşlıq əlaqələrinin müzakirəsi və bu çərçivədə əməkdaşlıq protokolunun imzalanması olub.
Görüş əsnasında tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Yekunda rektorlar- Cəfər Cəfərov və Musa Kazım Arıcan universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum, həmçinin ERASMUS+ KA1 çərçivəsində müqavilə imzalayıblar.
Sonra qonaqlar ADPU-nun TÜRKSOY kafedrası ilə tanış olublar.
|
|
16.10.2023 | 11:33 | |
|
|
|