Elm və təhsil nazirinin müavini Ankara şəhərində səfərdədir | |
Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərində səfərdədir.
Oktyabrın 12-də nümayəndə heyəti Azərbaycan – Türkiyə Universitetinin (ATU) təsis edilməsi istiqamətində müzakirələrin davam etdirilməsi məqsədilə Türkiyə Respublikasının Ali Təhsil Şurasında görüş keçirib.
Görüş zamanı ATU-nun yaradılması üzrə hüquqi çərçivənin formalaşdırılması istiqamətində danışıqlar davam etdirilib.
Daha sonra nümayəndə heyəti Bilkent Universitetinin texnoparkına baxış keçirib və universitetin rektoru Kürşat Aydoğan ilə görüşüb.
|
|
13.10.2023 | 12:59 | |
|
|
|