“Tyutor xidməti” təlim proqramının iştirakçıları ilə görüş

Mingəçevir Dövlət Universitetində (MDU) 2023-cü ilin sentyabr ayında təşkil edilmiş “Tyutor xidməti” təlim proqramında iştirak etmiş bu ali təhsil müəssisəsinin əməkdaşları ilə görüş keçirilib.

 

Görüşdə tyutor xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə ənənəvi olaraq hər tədris ilinin başlanğıcında keçirilən təlimlərin əhəmiyyətindən bəhs edən MDU-nun rektoru Şahin Bayramov bu proqramın təşkilində əməyi olanlara təşəkkürünü bildirib.  Təlimləri uğurla başa vuran universitet əməkdaşlarını təbrik edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, MDU-nun təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən keçirilən sözügedən təlimlər “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Tələbələrə psixoloji dəstək zəminində tyutorların rolu”, “Tələbənin hüquq və vəzifələri” “Təqaüdə təyinetmə”,  “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydalarında əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri”, “Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliliyi” və “Təqdimat bacarıqları” mövzularını əhatə edib.

 

Ənənəvi olaraq, hər tədris ilinin başlanğıcında MDU-da “Tyutor xidməti” təlimlərinin keçirilməsi nəzərdə tutulub.

 

 



14.10.2023 | 11:04