İnformasiya təhlükəsizliyinə həsr olunan IV respublika konfransı keçiriləcək | |
Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” mövzusunda IV respublika konfransı keçiriləcək.
AMEA-dan bildirilib ki, konfransda “İnformasiya təhlükəsizliyinin multidissiplinar humanitar problemləri”, “Sosial media və informasiya təhlükəsizliyi”, “E-dövlətin informasiya təhlükəsizliyi problemləri”, “Milli informasiya təhlükəsizliyi sisteminin formalaşdırılması”, “Fərdi məlumatların mühafizəsi: hüquqi problemlər və yeni texnoloji həllər”, “Bulud texnologiyalarının təhlükəsizliyi” və s. mövzular müzakirə ediləcək.
Konfransa məruzə tezislərinin qəbulu noyabrın 30-dək davam edəcək.
|
|
17.10.2018 | 11:21 | |
|
|
|