BSU Polşanın Marşalek Nəşriyyat Qrupu ilə əməkdaşlığı genişləndirir

Polşanın Marşalek Nəşriyyat Qrupu idarə heyətinin sədri Adam Marşalekin Bakı Slavyan Universitetinə (BSU) səfəri çərçivəsində  BSU və sözügedən nəşr evi arasında Anlaşma memorandumu imzalanıb.

 

İmzalanmadan öncə rektor Anar Nağıyev və Adam Marşalek əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini bildiriblər. BSU və sözügedən nəşr evi arasında əlaqələrin tarixindən söz açıblar.

 

Sonra rektor A.Nağıyev və A.Marşalek Anlaşma memorandumunu imzalayıblar.

 

Memorandumda BSU ilə Marşalek Nəşriyyat Qrupu arasında əməkdaşlığın genişləndirilməsi, sözügedən nəşr evi tərəfindən BSU əməkdaşlarının məqalələrinin nəşrinə dəstəyin göstərilməsi, birgə konfrans və seminarların təşkili nəzərdə tutulur.

 

Qeyd edək ki, bu ilin may ayının 4-5-də Bakı Slavyan Universiteti tərəfindən “Heydər Əliyev İli” çərçivəsində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” adlı beynəlxalq elmi konfransa təqdim olunmuş 10 məqalənin Marşalek Nəşriyyat Qrupu tərəfindən  nəşr edilməsi nəzərdə tutulur.

 

 



13.10.2023 | 11:07