AzMİU-da 208 tələbə təhsil haqqından azad olunub

2023/2024-cü tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) 1151 tələbə ödənişli əsaslarla qəbul olub.

 

AZMİU-ya ödənişli əsaslarla qəbul olan tələbələrdən 208 nəfəri ödənişdən azad edilib. Azad edilən tələbələr məcburi köçkünlər, şəhid və Qarabağ əlillərinin ailə üzvləridir.

 

Qeyd edək ki, 2023/2024-cü tədris ili üzrə qəbul planı 91,1%, AzMİU-nun nəzdindəki İnşaat Kollecində isə 100% dolub. Magistratura səviyyəsi üzrə plan yerlərinin 94,4%-nə tələbə qəbul olunub. MBA proqramı üzrə isə nəticələr daha yüksək, 97,7% olub.

 

Yeni tədris ilində universitetə memarlıq, inşaat, nəqliyyat, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, mexanika və informasiya texnologiyaları və tikinti iqtisadiyyatı fakültələrinə 27 ixtisas üzrə qəbul aparılıb.

 



12.10.2023 | 17:34