UTECA ilə “ATS Food” əməkdaşlığa başlayıb

Azərbaycan Texnologiya Universiteti ilə (UTECA) “ATS Food” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Sənədi UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən  Yaşar Ömərovla “ATS Food” MMC-nin icraçı direktoru Tural Hacıyev imzalayıb.
 

   

Memorandum elmi nailiyyətlərin müəssisədə tətbiqi, təcrübə proqramları, fənn proqramlarının uyğunlaşdırılması, təlim mərkəzinin yaradılması, məzunların işlə təminatı kimi məsələləri əhatə edir.
 

   

Qeyd edək ki, “ATS Food” ölkədə qida sənayesi sektorunda fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkətin missiyası istehsal və emal sahələrini inkişaf etdirməkdir. ATS-in strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, un və qənnadı məmulatları fabrikləri daxildir.

 

 



12.10.2023 | 17:22