AzMİU-da maaşlar artırıldı | |
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) maaşlar artırılıb.
Bununla bağlı rektor professor Gülçöhrə Məmmədova tərəfindən irəli sürülən təklif universitetin Elmi Şurasında müzakirə edilib və səsvermə ilə qəbul olunub.
Qərara əsasən, professor-müəllim və inzibati idarəetmə heyətinin əməkhaqqısı 20%, tədris-köməkçi və xidmətedici heyətin əməkhaqqısı isə 15% artırılıb.
Beləliklə, AzMİU-da vergi tutulmalarından sonra ən aşağı əməkhaqqı 521 AZN təşkil edəcək. Universitetdə professorun əməkhaqqısı vergi tutulmalarından sonra 1696 AZN, dosentin əməkhaqqısı isə 1404 AZN olacaq.
Bu barədə AzMİU-dan bildirilib.
|
|
12.10.2023 | 09:32 | |
|
|
|