Azərbaycan və Bolqarıstan alimləri ədəbiyyat və folklor sahəsində birgə layihə icra edəcək | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyası Ədəbi Tədqiqatlar İnstitutunun “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihəsinin və Azərbaycan tərəfindən icraçılarının təsdiq olunması haqqında məsələ müzakirə edilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 2-5 iyul 2023-cü il tarixlərində Bolqarıstana səfəri zamanı iki ölkənin akademiyaları arasında Əməkdaşlıq sazişi imzalanıb.
Sazişin icrası ilə bağlı AMEA Rəyasət Heyəti tərəfindən 12 iyul 2023-cü il tarixində qərarın qəbul edildiyi, satira və yumor üzrə birgə tədqiqat layihəsinin icrasından irəli gələn məsələlərin həll edilməsi ilə bağlı tapşırıqların verildiyi diqqətə çatdırılıb.
Akademik İ.Həbibbəyli qeyd edilənlərə uyğun olaraq “Ədəbiyyatda satira və yumor: folklordan yazılı ədəbiyyatadək (Azərbaycan və Bolqar ədəbiyyatının materialları əsasında)” mövzusunda birgə elmi layihənin planının hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edildiyini bildirib.
İclasda birgə elmi layihənin planı və Azərbaycan tərəfindən icraçıları təsdiq olunub.
|
|
11.10.2023 | 12:17 | |
|
|
|