Elm və Təhsil Nazirliyi ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi arasında görüş keçirilib | |
Oktyabrın 9-da Elm və Təhsil Nazirliyində Qeyri-hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin heyəti ilə görüş keçirilib.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli iki qurum arasında olan səmərəli əməkdaşlığı xüsusilə qeyd edib və bu əməkdaşlığı genişləndirməyin vacibliyindən danışıb. O, həmçinin QHT-lərin nazirliyin ictimaiyyətlə əlaqələr fəaliyyətində mühüm rol oynadığını, bu sahədə müxtəlif tərəfdaşlıq mexanizmlərinin mövcud olduğunu bildirib. Mətin Kərimli eyni zamanda agentlik tərəfindən keçirilən qrant müsabiqələrində elm və təhsil sahəsində müəyyən edilmiş strateji hədəflərin və islahat istiqamətlərinin əsas götürülməsinin əhəmiyyətini vurğulayıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva agentlik tərəfindən keçirilən qrant müsabiqələrinin elm və təhsil sahəsi üzrə layihə təkliflərinin dəyərləndirilməsi prosesində nazirliklə əməkdaşlıq, təhsil müəssisələrində tədbirlərin təşkilində ehtiyacların birgə müəyyən edilməsi, həmçinin layihələrin icrası zamanı keyfiyyət, davamlılıq və nəticəyönümlü fəaliyyət məsələlərinə toxunub.
|
|
10.10.2023 | 17:00 | |
|
|
|